“Qarabağ”a "Yanq Boys", "Qəbələ"yə isə ...
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.
AzNews.info Azxeber.com-a istinadən xəbər verir ki, mübarizəni davam etdirən 44 komandanın rəqibi məlum olub.
Püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
Pley-offdakı komandalardan 29-u III təsnifat mərhələsindən gələnlər, digər 15-i isə Çempionlar Liqasından yuvarlananlardı. 44 komanda iki səbətə bölünüb.
Avrokuboklarda mübarizəni davam etdirən Azərbaycan klubları “Qarabağ” və “Qəbələ”nin də pley-off mərhələsindəki rəqibləri məlum olub.
"Qarabağ" İsveçrənin "Yanq Boys" klubu ilə üz-üzə gələcək.
"Qəbələ" isə Yunanıstann "Panatiakos" klubu ilə qarşılaşacaq
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab qarşılaşmaları isə 27-də baş tutacaq.
Mənbə:> Azxeber.com