Avropa Liqasında Azərbaycan klublarının rəqibləri məlum oldu – YENİLƏNİB
Nyonda Avropa Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.
“Neftçi” Monteneqronun “Mladost” komandası ilə qarşılaşacağı 1-ci raundu keçsə, onu “Kukeşi” (Albaniya) – “Torpedo” (Jodino Belarus) görüşməsinin qalibi gözləyəcək.
“İnter” “Laçi” (Albaniya) səddini keçsə, SJK (Finlandiya) – “Hafnarfyordur” (İslandiya) görüşününü qalibi ilə qarşılaşacaq.
“Dinamo” (Gürcüstan) – “Qəbələ” cütünün qalibinin bəxtinə “Domjale” (Sloveniya) – “Çukariçki” (Serbiya) cütünün qalibi düşüb.
2-ci raundun oyunları iyulun 16-da və 23-də keçiriləcək. Püşkatma nəticəsində Azərbaycan klublarının ilk oyunlarını xaricdə keçirəcəkləri müəyyən edilib.
17:05
Avropa Liqasının 1-ci təsnifləşdirmə raundunun püşkatması baş tutub.
Oxu.Az xəbər verir ki, püşkatmanın nəticələrinə görə, Azərbaycan klublarına aşağıdakı rəqiblər düşüb:
“Dinamo” (Tbilisi, Gürcüstan) – “Qəbələ”
“Lyaçi” (Albaniya) – “İnter”
“Mladost” (Monteneqro) – “Neftçi”
Püşkatmaya görə, klublarımızın hər üçü ilk matçları xaricdə keçirəcəklər. UEFA “İnter” və “Neftçi”nin iştirakı ilə oyunların ardıcıllıqlarını dəyişə bilər.
İlk matçlar iyulun 2-də, cavab matçları isə iyulun 9-da baş tutacaq.
Mənbə:> Oxu.Az