Püşk atıldı, həyəcan başlayır
Avropa Liqasının ¼ final mərhələsinin püşkü atılıb.
ANS PRESS-in məlumatına görə, UEFA-nın İsveçrənin Neon şəhərində yerləşən mənzil-qərargahında keçirilən püşkatma mərasimində rəqiblər müəyyənləşib.
Püşkatmanın nəticələrinə görə, aşağıdakı klublar üz-üzə gələcək.
“Volsburq” (Almaniya) – “Napoli” (İtaliya)
“Zenit” (Rusiya) – “Sevilya” (İspaniya)
“Dnepr” (Ukrayna) – “Brügge” (Belçika)
“Dinamo Kiyev” (Ukrayna) – “Fiorentina” (İtaliya)
¼ final mərhələsinin ilk oyunları aprelin 16-da, cavab oyunları isə aprelin 23-də keçiriləcək.
Mənbə:> ANSPRESS