"Qarabağ"ın 8 potensial rəqibi
Topaz Premyer Liqasının qalibi olan "Qarabağ" ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.
ANS PRESS-in məlumatına görə, artıq təmsilçimizin bəzi potensial rəqiblərinin adına aydıqlıq gəlib.
"Qarabağ"ın mübarizəyə başlayacağı II təsnifat mərhələsinə 34 komanda qatılacaq. Bunlardan 4-ü I təsnifat mərhələsinin qalibləri olacaq. I mərhələnin 7 iştirakçısı artıq müəyyənləşib. Yalnız San Marino çempionunun adına aydınlıq gəlməyib.
Birbaşa II təsnifat mərhələsinə vəsiqə qazanacaq 30 komandadan isə 22-si müəyyənləşib. Burada 8 çempion bilinmədiyindən bütün iştirakçılar səbətlərə bölünməyib. Lakin "Qarabağ"ın "səpələnmişlər" səbətində yer alacağı artıq bəllidi. Bu isə komandamızın rəqibinin zəiflər - "səpələnməmişlər" arasında seçiləcəyi deməkdi.
I təsnifat mərhələsi
Səpələnmişlər: TNS (Uels), Levadiya (Estoniya), Santa Koloma (Andorra), Pünik (Ermənistan).
Səpələnməmişlər: Linkoln (Cəbəllürariq), B-36 (Farer adaları), Kruzaders (Şimali İrlandiya), San-Marino çempionu/
II təsnifat mərhələsi
Səpələnmişlər: BATE (Belarus), Molde (Norveç), HİK (Finladniya), Malmö (İsveç), Dinamo (Xorvatiya), Seltik (Şotlandiya), Ludoqorets (Bolqarıstan), Maribor (Sloveniya), Makkabi (Təl-Əviv, İsrail), Partizan (Serbiya), QARABAĞ (AZƏRBAYCAN), Videoton (Macarıstan), Cənubi Kipr və Danimarka çempionu
Səpələnməmişlər: Jalgiris (Litva), Astana (Qazaxıstan), Styarnan (İslandiya), Dandalk (İrlandiya), Hibernians (Malta), Dila (Gürcüstan), Vardar (Makedoniya), Fola (Lüksemburq), Moldova və Çernoqoriya çempionları, I təsnifat mərhələsinin 3 qalibi.
Qeyri-müəyyənlər: Ventspils (Latviya), Skenderbeu (Albaniya), Rumıniya, Polşa, Slovakiya, Bosniya və Herseqovina çempionları, I təsnifat mərhələsinin 1 qalibi.
Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq. Təmsilçimiz ilk oyununu iyulun 14-15-də, cavab matçını 21-22-də keçirəcək.
Mənbə:> ANSPRESS