"Neftçi", "İnter" və "Qəbələ" üçün 94 potensial rəqib » AzNews.info -Xəbər portalı

Bölmə: İdman » Futbol

"Neftçi", "İnter" və "Qəbələ" üçün 94 potensial rəqib

"Neftçi", "İnter" və "Qəbələ" üçün 94 potensial rəqib


Azərbaycanı bu mövsüm Avropa Liqasında "İnter", "Qəbələ" və "Neftçi" təmsil edəcək. ANS PRESS-in məlumatına görə, hər iki klubumuz I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Reytinqi yüksək olan "Neftçi" və "İnter" püşkatma zamanı "səpələnmişlər" səbətində yer alacaq. Reytinqi aşağı olan "Qəbələ" isə "səpələnməmişlər" səbətindədi.

Artıq I təsnifat mərhələsində çıxış edəcək 102 komandadan 100-nün adı bəllidi. "Neftçi" və "İnter" daхil olmaqla "səpələnmişlər" səbətinin 49 komandasının adına aydınlıq gəlib. Yalnız Polşanın iki klubu qalıb. Bu səbətdə "Neftçi" və "İnter"dən başqa müəyyənləşən 47 komanda "Qəbələ" üçün potensial rəqib hesab olunur.

"Səpələnməmişlər" səbətinin isə bütün iştirakçıları müəyyənləşib. Bu səbətdən "Qəbələ" və Ermənistanın üç klubu istisna olmaqla 47 komanda "Neftçi" və "İnter"in potensial rəqibləridi.

Beləliklə, iki səbətdə 3 klubumuzun 94 potensial rəqibi müəyyənləşib.

Qeyd edək ki, ilk iki təsnifat mərhələsinin püşkü iyunun 22-də atılacaq.

Avropa Liqası
I təsnifat mərhələsi

Səpələnmişlər
Vest Hem (İngiltərə), Brondbü, Randers (hər ikisi Danimarka), Debretsen (Macarıstan), Beytar (İsrail), Vaduts (Lixtenşteyn), Domjale (Sloveniya), Buduçnost (Çernoqoriya), Koper (Sloveniya), Slovan, Jilina, Spartak (hamısı Slovakiya), Şerif, Daçiya (hər ikisi Moldova), Rusenborq, Stromsqodset (hər ikisi Norveç), Elfsborq, AİK (hər ikisi İsveç), NEFTÇİ, İNTER (hər ikisi AZƏRBAYCAN), Aktobe (Qazaxıstan), Qo Ehed İqls (Hollandiya), Srvena Zvezda, Voyvodina (hər ikisi Serbiya), Reykyavik, Hafnarfyordur (hər ikisi İslandiya), Şemrok Rovers, Sent-Patriks (hər ikisi İrlandiya), Düdelanj, Diffeerdanj (hər ikisi Lüksemburq), Linfild (Şimali İrlandiya), Valletta, Birkirkara (hər ikisi Malta), Rabotniçki (Makedoniya), Torpedo, Şaxtyor (hər ikisi Belarus), Aberdin, Sent-Conston (hər ikisi Şotlandiya), HB Torshavn (Farer adaları), Hayduk, Lokomotiv (hər ikisi Xorvatiya), Apollon, Omoniya (hər ikisi Kipr), Dinamo (Tiflis, Gürcüstan), Botosani (Rumıniya), Liteks, Beroe (hər ikisi Bolqarıstan), Jelezniçar, Zrinski (hər ikisi Bosniya və Herseqovina), Polşanın 2 klubu.

Səpələnməmişlər
Renova, Şkendiya (hər ikisi Makedoniya), Kelje (Sloveniya), Mladost, Sutyeska (hər ikisi Çernoqoriya), Ferensvaroş, MTK (hər ikisi Macarıstan), Skonto, Yelqava, Spartak (hamısı Latviya), Vikinqur (İslandiya), Odd Qrenland (Norveç), Kukesi, Laçi, Partizani (hamısı Albaniya), QƏBƏLƏ (AZƏRBAYCAN), Ordabası, Kayrat (hər ikisi Qazaxıstan), Saxan Qaqauz Yeri (Moldova), Şirak, Uliss, Alaskert (hamısı Ermənistan), Qlentoran, Qlenavon (hər ikisi Şimali İrlandiya), Vaasa , SJK, Lahti (hamısı Finlandiya), Kalev, Kalyu, Flora (hamısı Estoniya), Sent Culiya, Lusitanos (hər ikisi Andorra), Vikinqur, Runavik (hər ikisi Farer adaları), Trakai, Kruoja, Atlantas (hamısı Litva), Kork Siti, UCD (hər ikisi İrlandiya), Airbus, Nyutaun, Bala Taun (hamısı Uels), Baltsan (Malta), Çukariçki (Serbiya), Dinamo Batumi), Spartak Sxinvali (hər ikisi Gürcüstan), Yuvenes, La Fiorita (hər ikisi San-Marino), Proqres (Lüksemburq), Olimpik (Bosniya və Herseqovina), Kollec (Cəbəllütariq).

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *