“Qarabağ” “Seltik”lə qarşılaşa bilər
İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın “Qarabağ” klubu “Rudar” səddini adlayarsa, növbəti mərhələdə Şotlandiyanın “Seltik” və İslandiyanın “Styarnan” cütlüyünün qalibi ilə qarşılaşacaq. İlk oyunda şotlandlar doğma meydanda 2:0 hesabı ilə qalib gəliblər.
Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda “Qarabağ” “Rudar”ın müqavimətin qıra bilməyib - 0:0.
Cütlüyün taleyi iyulun 22-də Monteneqroda keçiriləcək cavab oyununda müəyyənləşəcək.
Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunları iyulun 28/29 və avqustun 4/5 tarixlərində keçiriləcək.
Mənbə:> Oxu.Az