Çempionlar liqası: üçüncü pley-off mərhələsinin bütün cütlükləri məlum oldu
Çempionlar Liqasının növbəti təsnifat mərhələsinin bütün iştirakçıları bəlli olub.
Oxu.Az xəbər verir ki, ikinci təsnifat mərhələsinin dünən keçirilmiş oyunlarının nəticəsi olaraq, aşağıdakı klublar növbəti mərhələyə yüksəliblər:
“Lex Poznan” (Polşa) – “Bazel” (İsveçrə)
“Milsami” (Moldova) - Şkenderbeu (Albaniya)
XİK (Finlandiya) – “Astana” (Qazaxıstan)
“Seltik” (Şotlandiya) – “Qarabağ” (Azərbaycan)
“Styaua” (Rumıniya) – “Partizan” (Serbiya)
Midtyullann (Danimarka) - APOEL (Kipr)
“Makkabi Təl-Əviv” (İsrail) – “Viktoriya Plzen” (Çexiya)
“Dinamo Zaqreb” (Xorvatiya) – “Moldye” (Norveç)
“Videoton” (Macarıstan) - BATE (Belarus)
“Zaltsburq” (Avstriya) – “Malme” (İsveç)
Əvvəl məlum olan cütlüklər:
“Fenerbahçe” – “Şaxtyor”
“Panatinaykos” – “Brügge”
“Yanq Boyz” – “Monako”
CSKA – “Sparta Praqa”
“Rapid Vyana” – “Ayaks”
Matçlar 28-29 iyul və 4-5 avqust tarixlərində keçiriləcək.
Mənbə:> Oxu.Az