Azərbaycan-Almaniya matçını italiyalılara tapşırdılar
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da Bakıda keçiriləcək Azərbaycan-Almaniya matçının hakimləri müəyyən edilib.
Oxu.Az xəbər verir ki, qarşılaşmanı başda Daniele Orsato olmaqla italiyalı hakimlər briqadası idarə edəcək.
D.Orsatoya yan xətt hakimləri Mauro Tonolini və Rikkardo Di Fiore, həmçinin köməkçi hakim Marko Quida kömək edəcək.
Matç Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
Mənbə:> Oxu.Az