“Qarabağ” isveçrəli ilə ikinci dəfə üz-üzə
Ölkəmizi UEFA Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ”ın “Slovan”la oyununu idarə edəcək hakimlər açıqlanıb.
Faktor.az xəbər verir ki, Ağdam klubunun sentyabrın 15-də “Slovan”la “Dalğa Arena”dakı matçını isveçrəli Stefan Klossner idarə edəcək. Oyunun baş hakimi Stefan Klossner olacaq. Ona həmyerliləri Raffael Zeder və Yan-Yves Viçt kömək edəcək. Dördüncü hakim funksiyasını isə Yohannes Voqel yerinə yetirəcək. Oyunun əlavə hakimləri isə Alain Bieri və Saşa Amhof olacaq.
Hakimlərin işinə moldovalı Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə bolqarıstanlı Pavel Kolev olacaq.
Onu da xatıladaq ki, isveçrəli hakim 2013-cü ilin avqust ayının 8-də “Qarabağ”ın Avroliqanın III təsnifat mərhələsində “Gefle” ilə səfər qarşılaşmasını idarə edib. Qurban Qurbanovun yetirmələrinin 2:0 hesabı ilə qələbə qazandıqları görüşdə referi əlini cibinə atmayıb.
Qeyd edək ki, "Qarabağ" - "Slovan" matçı sentyabrın 15-i "Dalğa Arena"da start götürəcək.
Avropa Liqası
Qrup mərhələsi. I tur
15 sentyabr
19:00. “Qarabağ” – “Slovan” (Çexiya)
Hakimlər: Stefan Klossner, Raffael Zeder, Jan-Yves Viçt, Yohannes Voqel
Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof (hamısı İsveçrə)
Hakim-İnspektor: Vladimir Antonov (Moldova)
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan)
"Dalğa Arena"
Mənbə:> Faktor.az