“Qarabağ” və “Qəbələ”nin qrup oyunlarının TƏQVİMİ
Azərbaycanı futbol üzrə Avropa Liqasında təmsil edən “Qarabağ” və “Qəbələ” klublarının qrup mərhələsindəki oyunlarının təqvimi açıqlanıb.
Oxu.Az xəbər verir ki, Ağdam klubu ilk oyununu Bakıda Çexiyanın “Slovan” klubunu qəbul edəcək.
“Qəbələ” isə ilk turda səfərdə Belçikanın “Anderlext” komandasının qonağı olacaq.
15 sentyabr
“Qarabağ” (Azərbaycan) – “Slovan” (Çexiya)
“Anderlext” (Belçika) – “Qəbələ” (Azərbaycan)
29 sentyabr
“Fiorentina” (İtaliya) – “Qarabağ” (Azərbaycan)
“Qəbələ” (Azərbaycan) – “Maynts” (Almaniya)
20 oktyabr
“Qarabağ” (Azərbaycan) – PAOK (Yunanıstan)
”Sent-Etyen” (Fransa) – “Qəbələ” (Azərbaycan)
3 noyabr
PAOK (Yunanıstan) – “Qarabağ” (Azərbaycan)
“Qəbələ” (Azərbaycan) – “Sent-Etyen” (Fransa)
24 noyabr
“Slovan” (Çexiya) – “Qarabağ” (Azərbaycan)
“Qəbələ” (Azərbaycan)– “Anderlext” (Belçika)
8 dekabr
“Qarabağ” (Azərbaycan) – “Fiorentina” (İtaliya)
“Maynts” (Almaniya) – “Qəbələ” (Azərbaycan)
Mənbə:> Oxu.Az