Qəbələ” “Panatinaikos”, “Qarabağ” isə “Yanq Boyz” ilə qarşılaşacaq
Bu gün Azərbaycanın “Qəbələ” və “Qarabağ” klubları Avropa Liqasında pleyy-off mərhələsinin ilk matçlarını keçirəcəklər.
Oxu.Az xəbər verir ki, “Qəbələ” klubu “Bakcell Arena”da Yunanıstanın “Panatinaikos” klubunu qəbul edəcək.
Oyun 21:00-da başlayacaq. Görüşü Andre Marriner başda olmaqla ingilis arbitr briqadası mühakimə edəcək.
“Qarabağ” isə İsveçrənin Bern şəhərində yerli “Yanq Boyz”a qarşı oynayacaq.
Oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq. Matçı Vladislav Bezborodov başda olmaqla ruisyalı hakimlər briqadası mühakimə edəcək. Hər iki oyunun “İdman Azərbaycan” telekanalında canlı yayımlanacağı gözlənilir.
Mənbə:> Oxu.Az