“Mercedes”in pilotu Əbu-Dabi Qran-Prisinin qalibi oldu
“Mercedes”in alman pilotu Niko Rosberq “Formula 1” çempionatının sonuncu, 19-cu mərhələsinin – Əbu-Dabi Qran-Prisinin qalibi olub.
Oxu.Az xəbər verir ki, bazar günü Rosberq 55 dövrəni hamıdan tez başa vuraraq çempionatda üçüncü qələbəsini qazanıb.
İkinci - onun komanda yoldaşı bu mövsümdə çempion titulunu təcili qazanan Lyuis Hemilton olub. İlk üçlüyü “Ferrari”dən Kimi Raykkonen tamamlayır.
İlk onluğda 4-cü yerdə Sebastyan Fettel (“Ferrari”), 5-ci yerdə Serhio Peres (“Fors İndiya”), 6-cı yerdə Deniel Rikkyardo (“Red Bul”), 7-ci yerdə Niko Hyulkenberq (“Fors İndiya”), 8-ci yerdə Felippe Massa (“Uilyams”), 9-cu yerdə Romen Qrojan (“Lotus”), 10-cu yerdə isə Daniil Kvyat (“Red Bull”) qərar tutub.
Mənbə:> Oxu.Az