Formula-1: Əbu-Dabi “Qran-pri”si » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Avto

Formula-1: Əbu-Dabi “Qran-pri”si

Formula-1: Əbu-Dabi “Qran-pri”si
\

Əbu-Dabidə birinci “Qran-pri” praktikasını Formula-1-in çempionu Hemilton qazanıb.

Birləşmiş Ərəb Əmirliyində ilk praktikadan Formula-1-in 19-cu mərhələsi start götürüb.

Oxu.Az xəbər verir ki, ənənəvi həftə sonu sərbəst girişlərdən başlayıb.

İlk praktikada “Mercedes”in britaniyalı pilotu Lyuis Hemilton lider, onun komanda yoldaşı alman Niko Rosberq ikinci, “Ferrari”dən olan finlandiyalı Kimi Raykkonen isə üçüncü olub.

Avstriyanın “Red Bull” komandasının rusiyalı pilotu Daniil Kvyat dördüncü, onun komanda yoldaşı Daniel Rikardo isə yeddinci olub.

Qeyd etmək lazımdır ki, yarış zamanı Rosberq liderlik edib, amma sonda Hemilton ən yaxşı vaxt göstərərək liderliyi tərəfdaşının əlindən alıb.

İlk təlim yarışı ciddi yol hadisələri olmadan sona çatıb. İkinci sessiyada alman Rosberq maşının kənarını vurub və Rikardo trassdan çıxıb. “Lotus” komandasının pilotu Colin Palmerinə öz səhvinə görə sessiyanın sonunda sarı bayraq qaldırıblar.

“Force India” və “Lotus” komandaları bu praktikada yeni ön qanadları sınayıblar. McLaren arxa asmanı sınaqdan keçirib.

Xatırladaq ki, “Mercedes”in pilotu Lyuis Hemilton bu mövsümün çempionudur. Bundan başqa, onun tərəfdaşı Niko Rosberq bu il ikinci olub.

“Lotus”un isveçrəli pilotu Romen Qrojan üçün bu yarış bu komandanın tərkibində qatıldığı son yarış olacaq. Gələn mövsümdən idmançı öz karyerasına amerikan komandası “Haas”-da davam edəcək.

Əbu-Dabi “Qran-Pri”sinin əsas yarışı noyabrın 29-da “Yas Marina” avtodromunda baş tutacaq.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *