“Mercedes”in pilotu İnterlaqosu fəth etmək niyyətindədir
Üçqat dünya çempionu Lyuis Hemilton karyerasındakı boşluqlardan birini doldurmaq niyyətindədir, o, indiyə qədər heç bir zaman öz kumiri Ayrton Sennanın vətənində qalib olmayıb.
Oxu.Az xəbər verir ki, İnterlaqos (Braziliya Qran-Prisi) Lyuis Hemilton üçün xüsusi yerdir.
Məhz burada yeddi il öncə britaniyalı dramatik mübarizədə McLaren-in tərkibində Felipe Massanı bir xal geridə qoyaraq öz ilk çempion titulunu qazanıb.
Bununla yanaşı, Hemilton heç bir zaman Braziliyada qalib olmayıb.
“Təəccüblüdür, amma Ayrtona səkkiz cəhd lazım gəldi ki, ev yarışlarında qalib olsun”- Lyuis xatırladıb.
“Bundan başqa, bu, mənim hələ qalib olmadığım trasslardan biridir.
Bu həftə sonu qalib olsam, bu qələbəni ona həsr edəcəm. Var gücümlə çalışacam ki, bu baş versin”.
“Mercedes”də Hemiltonun tərəfdaşı olan Niko Rosberq qarşıdakı yarışlar üçün bənzər planlara sahibdir.
Komandanın texniki direktoru Peddi Lou Braziliya Qran-Prisində nəyə diqqət etmək lazım olduğundan danışıb.
“Keçən il burada rezinin işlənməsi yüksək səviyyədə oldu, ona görə də hətta quru trassda belə şinlərin vəziyyətinə nəzarət asan iş olmaya bilər. San-Pauluda hava isə hər zaman dəyişkəndir. Bunun nəticəsi olaraq biz göstərişli yarışların sahibi oluruq. Bundan başqa, keçmişdə əsas müzakirə mövzusu avtodromun dəniz səviyyəsindən yüksəkdə olmasıdır, amma Mexiko ilə bu heç nədir”,- Lou qeyd edib.
Mənbə:> Oxu.Az