SOCAR çexlərə qalib gəldi
Skopyada (Makedoniya) klublar arasında şahmat üzrə Avropa çempionatının 6-cı mərhələsi baş tutub.
Oxu.Az xəbər verir ki, SOCAR-Azerbaijan Çexiyanın “Novi Borom” klubu ilə qarşılaşıb və onu 3,5:2,5 hesabı ilə məğlub edib.
Bizim klubun tərkibində qələbəni Veselin Topalov və Teymur Rəcəbov qazanıblar, onlar müvafiq olaraq Radoslav Voytaçek və Krişan Sasikirana qalib gəliblər.
Rauf Məmmədov Mateuş Bartelya məğlub olub, amma bu, SOCAR-a qələbə qazanmağa mane olmayıb.
Azərbaycanın ikinci klubu “Odlar Yurdu” Rusiyanın “Mednıy vsadnik” komandasına 1,5:4,5 hesabı ilə məğlub olub.
Finişdən bir mərhələ öncə Rusiyanın “Sibir” komandası bütün altı matçda, o cümlədən SOCAR-a da qalib gələrək 12 xala sahib olaraq liderdir.
SOCAR və daha üç komanda 10 xala sahibdirlər.
SOCAR 7-ci mərhələdə “Mednıy vsadnik”ə qalib gəlməli və “Sibir” komandasının italyan komandası “Obyettivo Risarçimento Padova”ya məğlub olmasına ümid etməlidir.
“Odlar yurdu” 8 xal ilə 10-cu yerdədir.
Mənbə:> Oxu.Az