SOCAR TANAP-dakı payını satmayacaq » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR TANAP-dakı payını satmayacaq

SOCAR TANAP-dakı payını satmayacaq


İran tərəfindən Trans-Anadolu Qaz Boru Xətti layihəsində (TANAP) hər hansı paya sahib çıxmaq üçün Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) müraciət daxil olmayıb.

AzNews.info xəbər verir ki, “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

S. Qasımovun sözlərinə görə, SOCAR TANAP layihəsində 58% paya malikdir və dövlətlərarası razılaşmaya əsasən, şirkətin bu layihədəki payı 51%-dən aşağı düşməməlidir.

“SOCAR-ın öz payını satmasında nə fikri var, nə də bununla bağlı danışıqlar aparmır. Türkiyə tərəfi öz payını satarsa, bu, onların öz seçimidir. Təbii ki, bu da layihədə iştirak edən tərəfdaşların razılığı ilə həyata keçiriləcək”, - deyə vitse-prezident bildirib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *