Gürcüstan hökuməti “SOCAR”da yoxlamalara başladı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Gürcüstan hökuməti “SOCAR”da yoxlamalara başladı

Gürcüstan hökuməti “SOCAR”da yoxlamalara başladı


Gürcüstanın Rəqabətlilik Agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ölkədəki törəmə şirkəti olan “SOCAR-Georgia” ilə bağlı araşdırmalara başlayıb.

AzNews.info xəbər verir ki, “APA-Economics”in Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, araşdırmalar səbəb “SOCAR-Georgia”nın avtomobil qazı bazarında inhisarçı mövqeyə sahib olması ilə bağlıdır. Gürcüstanın dövlət qurumu hesab edir ki, Azərbaycan şirkəti “Rəqabət haqqında” Qanunun bəzi müddəalarını pozur və digər iqtisadi agentlərlə rəqabəti məhdudlaşdıran müqavilələr imzalayır.

“SOCAR-Georgia”nın baş direktoru Mahir Məmmədov bildirib ki, Gürcüstanın baş naziri yanında İqtisadi Şurada sözügedən məsələ müzakirə olunub.

“Araşdırmanın aparılması Rəqabət Agentliyinin tam səlahiyyətindədir. Biz bu araşdırmaya qarşı çıxmırıq. Burada qeyri-adi bir şey yoxdur”, - deyə M. Məmmədov bildirib.

Bununla belə M. Məmmədov dövlət qurumunun əsas gətirdiyi dəlillərlə razılaşmır.

“SOCAR-Georgia”nın tətbiq etdiyi qiymətlər uzun müddətdir ki, müəyyən olunub. Son vaxtlar şirkət qiymətləri dəyişdirməyib, qiymətlərin dəyişdirilməsində təşəbbüskar olmayıb.
İstər topdansatış, istər pərakəndə, istərsə də ixrac qiymətlərində dəyişiklər edilməsində təşəbbüskar olmayıb. Bu məsələ heç bir şəxs qarşısında qaldırılmayıb”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *