SOCAR havayı qaz verəcək » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

SOCAR havayı qaz verəcək

SOCAR havayı qaz verəcək


Gürcüstan patriarxlığı və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) əməkdaşlıq haqqında memorandum imzalayıblar. Memoranduma uyğun olaraq ARDNŞ il ərzində Gürcüstanın kilsə və monastırlarını qazla pulsuz təmin edəcək.

Məlumata əsasən, memorandumun imzalanması mərasimində bütün Gürcüstanın katolikos-patriarxı II İlia və ARDNŞ-nin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov iştirak ediblər.

İmzalanma mərasimindən sonra II İlia ruhanilərin və Sinodun adından xüsusilə Gürcüstan pravoslav kilsəsinə göstərdiyi köməyə görə ARDNŞ-yə təşəkkür edib: "Təkcə Gürcüstan kilsəsinə deyil, həm də katolik, müsəlman və digər dini təşkilatlara göstərdiyiniz köməyə görə böyük minnətdarlığımı bildirirəm. ARDNŞ bizə dini təşkilatları təbii qazla təmin etmək imkanı verir. Ümid edirəm ki, bu kömək gələcək də davam edəcək".

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *