Qaribaşvili Bakıya gəlir
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 11-də Azərbaycana rəsmi səfər edəcək.
Trend Gürcüstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimindən sonra Qaribaşvili ölkə rəhbərli ilə görüşlər keçirəcək.
İkigünlük səfər çərçivəsində iki ölkənin hökumət nümayəndə heyətləri arasında görüşlər təşkil edilməsi planlaşdırılıb.
Gürcüstan nümayəndə heyəti Azərbaycanı sentyabrın 12-də tərk edəcək.
Gürcüstan nümayəndə heyətinə XİN rəhbəri Mayya Pancikidze, Baş nazirin müavini, energetika naziri Kaxa Kaladze, maliyyə naziri Nodar Xaduri, kənd təsərrüfatı naziri Otar Daneliya, Baş nazirin müşaviri Savalan Mirzəyev, parlamentarilər Zurab Tkemaladze və Mahir Darziyev daxildirlər.
Mənbə:> ANSPRESS/Trend