Ərdoğan Azərbaycan xalqına salam göndərdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Video

Ərdoğan Azərbaycan xalqına salam göndərdi – VİDEO

Ərdoğan Azərbaycan xalqına salam göndərdi


Türkiyədə izdihamla keçən partiya qurultayında Prezident Rəcəb Tayyib Ərdoğan partiyası ilə vidalaşıb.

ANS TV-nin məlumatına görə, Ərdoğan AKP tərəfdarlarına qərənfil paylayıb. Vida çıxışında Türkiyənin 81 vilayətindən 40 minə yaxın insanın qurultay üçün Ankaraya gəldiyini bildirən Rəcəb Tayyib Ərdoğan, bura gələn vətəndaşların bərabərlik nümayiş etdirdiklərini vurğulayıb. Vətəndaşlardan halallıq istəyən Ərdoğan, özü də haqqını onlara halal edib. Ərdoğan deyib ki, missiya dəyişmir, sadəcə adlar dəyişir. O, nitqində dövlət təşkilatlarından yaralanaraq siyasət formalaşdıran paralel təşkilata səslənib. Bəzi müxalif partiyaları da paralel dövlətə işləməkdə ittiham eləyib. Andiçmə məraminə qatılmayan müxaliflərə "Biz heç nə itirməyəcəyik, itirən onlar olacaq" mesajını verib.

Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, ”Burdan bizi sevsin, ya da sevməsin, 77 milyona əlimi uzadıram”.

Hakim “Ədalət və İnkişaf Partiyası”nın yeni sədri baş nazir Əhməd Davudoğlu seçilib. Davudoğlu partiyanın siyasi kursunun davam edəcəyini və yeni Türkiyənin formalaşacağını da vəd edib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu isə deyir ki, “Davam edəcək olan bu yürüşümüzü gələcək nəsillərə təhvil vermək üçün hər şeyə hazırıq. Yeni Türkiyənin psixoloji əsası özünəinamdır”.

Prezident Ərdoğanın baş nazir Davudoğluna yeni hökuməti formalaşdırmaq tapşırığı verəcəyi gözlənilir. AKP-nin qurultayında Azərbaycanın hakim partiyasının nümayəndələri də iştirak edib. Bu gün nümayəndə heyətinin üzvləri Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüblər. Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ANS-ə bildirib ki, görüşdə Ərdoğan Azərbaycan xalqına salamlarını çatdırıb və bildirib ki, sentyabrın 2-də Azərbaycana səfər edəcək.

Siyavuş Novruzov onu da bildirib ki, qurultaya Ermənistandan heç kim qatılmayıb. Lakin sabah prezidentin inaqurasiya mərasimində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iştirakı gözlənilir. Nalbandyanın Ərdoğana qondarma erməni soyqrımının 100 illiyində iştirak dəvətnaməsi təqdim edəcəyi deyilir. Andiçmə məramisində Azərbaycanı isə Baş nazir Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 18 avqust 2015 21:10
  • Yazan: Raihana
Min 20 yel saylawlarga yf6rmim, ni f6e7en? c7f6nki başınnan ahırına kade4r yalggnaa korılgan aktsiyade4 katnaşasım kilmi. Kaybere4wle4r e4yter: Barırga kire4k -dip, 99 se4be4ben ke4rse4ter. Min fcz fikemde4 kalam, mine sannamıylar ike4n, min katnaşmıym (seznef1 başkaga birge4n tavışıgıznı da, minem buş kalgan tavışnı da barıber staline7a sanıylar,- Ne vajno kak progolosovali, a vajno kak podse7itali . Seznef1, hakimiyatke4 karşı tavış birfcegezge4 karaganda, minem barmıy kaluımnan ke4bre4k kurkalar. De4lil: spektaklle4rende4 katnaşmaganga fczeme4 basım yasap mataştılar, hatınım da yf6rmi başlagae7, rayonan beznef1 avılga ne4e7e4lnigen cibe4re4 başladılar.Ul telefonnan şaltıratıp hatınnı saylawga e7akıra . Bu game4l f6e7en zakon tarafınnan nindi ce4za karalgan ike4n? dczebezne izep, mıskıl itep torgan rejimga şulay bere4mle4p te4, optım da tavış cıyıp bire4le4r mille4tte4şle4r VA:F [1.9.20_1166]Be4ya: 0 (0 tavıştan)

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *