Ankaraya Rəsizadə gedir
Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində Azərbaycandan baş nazir Artur Rəsizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
ANS PRESS-in məlumatına görə, bunu Musavat.com-a açıqlamasında YAP-çı deputat Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov hazırda digər həmkarları ilə birlikdə Ərdoğanın rəhbərlik etdiyi AKP-nin qurultayında iştirak edir.
Yeri gəlmişkən, bundan öncə Ərdoğanın andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin təmsil edəcəyi barədə xəbər yayılmışdı.
Məlumata görə, mərasimdə 14 ölkə prezident və dövlət rəhbəri, 10-ya yaxın ölkə baş nazir, bir neçə ölkə parlament sədri və nazirlər səviyyəsində təmsil olunacaq.
Ermənistanı isə XİN başçısı Edvard Nalbandyan təmsil edəcək.
Mənbə:> ANSPRESS