İran prezidenti yeni istehsal olunan silahlarla tanış oldu – FOTO
İran İslam Respublikasının prezidenti Həsən Ruhani ölkəsinin Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi yeni silahların təqdimat mərasimində iştirak edib.
ANS PRESS-in məlumatına görə, Ruhani İran silahlı qüvvələrinin istifadəsinə verilən yeni “Qədr”, “Nəsr Bəsr” adlı müasir tipli raketlər və pilotsuz təyyarələrlə tanış olub. Prezident nazirlikdə təşkil olunmuş sərgiyə baxıb. Sərgidə müdafiə sənayesinin istehsalı olan 470 məhsul nümayiş etdirilib.
Mərasimdə çıxış edən prezident H. Ruhani bildirib ki, İran heç bir ölkə ilə hərbi rəqabət aparmır və heç bir ölkəyə təcavüz etmək niyyətində deyil. Yeni silahlar yalnız müdafiə xarakteri daşıyır.
Mənbə:> ANSPRESS