İran müasir raket və pilotsuz uçuş aparatlarını təqdim edib » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Video

İran müasir raket və pilotsuz uçuş aparatlarını təqdim edib – VİDEO

İran müasir raket və pilotsuz uçuş aparatlarını təqdim edib


İran yeni nəsil qısamənzilli raket və pilotsuz uçuş aparatlarını təqdim edib.

ANS TV-nin məlumatına görə, “Qədir” raketi 100 kilometrədək məsafədə suda olan hədəfləri vura bilər. Təqdim olunan digər “yer-dəniz” tipli raketin xüsusiyyətləri barədə məlumat verilməsə də, onun “çox səssiz” şəraitdə işlədiyi bildirilib.

Bundan əlavə, rəsmi Tehran “Kərrar-4” və “Mücahid-4” markalı pilotsuz uçuş aparatlarını da təqdim edib. Bu aparatlar bir sıra xüsusiyyətlərdən əlavə, həmçinin hərbi və mülki məqsədli xəritələr yaratmaq qabiliyyətinə malikdir.

İran 1992-ci ildən bəri yerli müdafiə sənayesinin inkişafı proqramının icrasına başlayıb. Hazırda İran ordusu 2000 kilometrədək məsafədə hədəfi vura biləcək “yer-yer” tipli raketlərə malikdir. Bu raketlər regiondakı ABŞ və İsrail bazalarını hədəf ala bilər.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *