44 ailə evsiz qaldı

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Qəzzanın mərkəzində yerləşən 12 mərtəbəli yaşayış binasına zərbələr endirib.
ANS PRESS-in məlumatına görə, aviazərbə nəticəsində ən az 10 nəfər xəsarət alıb.
Fələstin Səhiyyə nazirliyinin rəsmi nümyəndəsi Əşrəf əl-Kudra 10 yaralı barədə xəbəri təsdiq edərək əlavə edib ki, onlardan dördü uşaqdır.
Məlum olub ki, hadisə nəticəsində təqribən 44 ailə evsiz qalıb.
Mənbə: ANSPRESS