Gürcüstanın adı necə yazılacaq?
Yaponiyanın Baş naziri Şinzo Abe Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşündə yapon hökumətinin bu ölkənin adının ingilis variantının (“Georgia”) rəsmi sənədlərdə istifadəsi imkanlarını araşdıracağını bildirib.
2008-ci ildən başlayaraq, Gürcüstan bütün dövlətlərə bu ölkənin hazırda mövcud olan və rus dilindən gələn adının ingilis variantına dəyişdirilməsini təklif edir.
G.Marqvelaşvili Yaponiyaya rəsmi səfəri çərçivəsində Baş nazir Ş.Abe ilə görüşündə də belə bir təkliflə çıxış edib. Gürcüstan Prezidenti jurnalistlərə bildirib ki, bu, ölkəsi üçün mühüm əhəmiyyətə malikdir və o, Ş.Abenin bu məsələyə münasibətini yüksək qiymətləndirir.
Dövlət başçılarının görüşü zamanı Yaponiyanın Baş naziri Gürcüstanın Rusiya ilə ərazi mübahisəsini dialoq yolu ilə həll etmək cəhdlərini alqışladığını bildirib.
Ş.Abe Gürcüstanda ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə bu ölkəyə 100 milyon yen (920 min ABŞ dolları) məbəğində maliyyə yardımı ayrılmasını təklif edib.
Mənbə:> AzərTAc