Gürcüstanın Ermənistanla sərhədində cəbbəxana » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Dünya

Gürcüstanın Ermənistanla sərhədində cəbbəxana

Gürcüstanın Ermənistanla sərhədində cəbbəxana


Gürcüstanda ermənilərin yaşadığı regionda silah arsenalı aşkar edilib.

ANS PRESS-in məlumatına görə, Gürcüstanın cənubunda Ermənistanla həmsərhəd olan Samtsxe-Cavaxetiya regionunda hüquq-mühafizə orqanlarının əməkdaşları yerin altından 100-dən çox tank mərmisi və təxminən 4000 mina detonatoru çıxarıblar. Bu barədə “RİA Novosti” Gürcüstan DİN-nə istinadən məlumat yayıb.

“Ümumilikdə, 128 tank mərmisi, 3 969 partlayıcı mina detonatoru və 15 480 yaylı partlayıcı götürülüb” - deyə DİN-in məlumatında bildirilib.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə (qanunsuz silah-sursatın saxlanılması və əldə edilməsi) cinayət işi başlanıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *