Vəzifəli şəxsə cinayət işi açıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Vəzifəli şəxsə cinayət işi açıldı

Vəzifəli şəxsə cinayət işi açıldı


Cəlilabad bələdiyyəsinin sədrinin qanunsuz hərəkətləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırmalar zamanı bələdiyyənin sədri Kamal Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəlilabad şəhərində rayon sakininə məxsus torpaq sahəsinə bitişik və faktiki olaraq istifadəsində olan 0,04 hektar ölçüdə torpaq sahəsinin sonuncuya satılması üçün 20.000 manat pul tələb etməsində və faktiki olaraq 5.000 manat məbləğində pulu rüşvət kimi almasında şübhələr üçün əsaslar olduğundan K.Məmmədov barədə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *