Gülnarə Kərimovaya cinayət işi açıldı
Özbəkistanda prezident İslam Kərimovun böyük qızı Gülnarə Kərimova haqda cinayət işi açılıb.
ANS PRESS-in məlumatına görə, Baş prokurorluğun bəyanatında Gülnarə Kərimovanın adı cinayətkar dəstənin üzvü kimi çəkilir.
Bəynatda deyilir ki, mütəşəkkil cinayətkar qrupla bağlı ilkin istintaq başa çatıb.
Gülnarə Kərimovanın biznes strukturlarının üzvləri olan Rustam Madumarov, Qayane Avakyan, Nurmuxamed Sodikov və başqalarının daxil olduğu qrup dövlətə 257 milyard som, yəni təxminən 110 milyon dollar ziyan vurmaqda ittiham olunur.
Baş prokurorluğun bəyanatında deyilir ki, onlar “Özbəkistan hava yolları”, “Coca Cola İçimliyi Özbəkistan ltd” kimi şirkətlərin aktivlərinin qiymətini aşağı salmaqla dəyər-dəyməzinə alıblar.
Bəyanata görə, cinayətkar dəstənin başqa üzvləri ilə bağlı ayrıca cinayət işi açılıb. Bunlar arasında Gülnarə Kərimovanın da adı çəkilir.
Mənbə:> ANSPRESS