Ermənilərin yeni Avropa fiaskosu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Qarabağ

Ermənilərin yeni Avropa fiaskosu

Ermənilərin yeni Avropa fiaskosu


Avropa Şurasının yerli və regional hakimiyyətlər konqressinin qəbul etdiyi qətnamədə Azərbaycanın sərhədlərinin toxunulmazlığı vurğulanıb.

ANS PRESS-in məlumatına görə, yeni qətnamədə vurğulanır ki, münaqişələrin sülh yolu ilə nizamlanması zamanı sərhədlərin toxunulmazlığı prinsipinə riayət edilməlidir. Sənəddə Azərbaycan, Gürcüstan, Ukrayna və Molodovanın ərazi bütbövlüyünün, suverenliyinin və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri öz əksini tapıb.

“Ukraynada və qonşu ölkələrdə separatçı gərginlik” mövzusunda keçirilmiş müzakirələrdə 4 ölkənin təmsilçiləri iştirak edib. Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədov, Ukraynanı regional inkişaf nazirinin müavini Vyaçeslav Nexoda, Moldovanı xarici işlər nazirinin müavini Valeriu Çiveri, Gürcüstanın ərazi inkişaf nazirinin müavini Tengiz Şerqelaşvili təmsil edib.

Fikrət Məmmədov müzakirələr zamanı Dağlıq Qarabağ ermənilərinin seperatçılığını dəstəkləyən Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini bildirib. O, həmçinin qeyd edib ki, 1990-cı ilərdə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edərək işğalçı qoşunların Azərbaycan ərazisindən çıxarılmasını tələb edib, amma Ermənistan bu qətnamələri qəbul etmir. Fikrət Məmmədov rəsmi İrəvana qarşı beynəlxalq sanksiyalar tətbiq etməyə çağırıb.

Erməni mətbuatının yazdığına görə, “Ukraynada və qonşu ölkələrdə separatçı gərginlik” mövzusunda keçirilmiş müzakirələrdə əvvəlcə yalnız Ukrayna, Moldova və Gürcüstanın nümayəndələri iştirak etməli imiş. Amma dünən uzunmüddətli müzakirələrdən sonra gündəliyə Azərbaycandakı vəziyyət də əlavə edilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *