Novruz Məmmədov: "Bu, tarixi səfər oldu"
"Son 2 gündə prezident İlham Əliyev 2 ölkənin baş nazirini qəbul etdi. Biri qonşu Gürcüstan digər isə məsafə baxımından çox uzaq olan Malayziyanın baş naziri".
ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Novruz Məmmədov qeyd edib ki, hər iki görüş çox mühüm hadisə idi. Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Malayziya baş nazirinin səfərinin sözün əsl mənasında tarixi səfər olduğunu vurğulayıb.
Mənbə:> ANSPRESS