Malayziya müdafiə nazirini Kiyevə göndərdi
Malayziyanın müdafiə naziri Xişamuddin Hüsein dünən gecə Kiyevə gedib.
ANS PRESS-in məlumatına görə, Malayziyanın müdafiə nazirini bu səfərdə 30 ekspert və polis əməkdaşının olduğu qrup müşayət edir.
Onlar Ukraynanın sərqində qəzaya düşmüş Boeing 777 ilə bağlı araşdırma aparacaq.
Uçuşdan əvvəl müdafiə naziri bildirib ki, Niderland və Avstraliyadan olan ekspertlərin malaziyalılara qoşulacaqları hələ aydın deyil.
Xişamuddin Hüseinin Kiyevdə keçirəcəyi görüşlər isə açıqlanmayıb. O bildirib ki, Malayziya Ukraynanın sərqində gedən "geosiyasi münaqişəyə" qarışmır.
Mənbə:> ANSPRESS