"Statoil" Şahdənizdəki payını satdı
"Statoil" şirkəti Şahdəniz yatağındakı iştirak payını (15,5%), Cənubi Qafqaz qaz kəmərindəki payını (15,5%), Cənubi Qafqaz boru Kəməri holdinq şirkətindəki (15,5%) və Azərbaycan Qaz Təchizatı Şirkətindəki (12,5 %) payını Malayziyanın PETRONASA şirkətinə satıb.
ANS PRESS-in şirkətin rəsmi saytına istinadla verdiyi məlumata görə, "Statoil" PETRONASA şirkəti ilə 2,25 milyard dollarlıq satış müqaviləsi imzalayıb.
Bu barədə "Statoil" şirkətinin icraçı vitse-prezidenti Lars Kristian Baker bildirib. O qeyd edib ki, "Statoil" 2014-cü ilin ikinci rübündə Şahdəniz yatağında sutkada 38,000 min barel neft istehsal edib.
Qeyd edək ki, Şahdəniz yatağı 1999-ci ildə açılıb. Bu yataq Xəzər Dənizində, Bakıdan 70 kilometr cənub-şərqdə, dərin su şelfində 50 min 500 metrə qədər dərinlikdə yerləşir. Şahdəniz Mərhələ 1 2006-ci ildə fəaliyyətə başlayıb. Şahdəniz üzrə tərəfdaşlar hazırda təxminən sutkada 225,000 barel neft, təxminən 26 milyon kubmetr qaz və 53,000 min barrel kondensat hasil edir.
Şahdəniz yatağında Bp Şirkəti (28,8%), TPAO (19%), ARDNŞ (16.7%), Lukoyl (10%) Nıco (10%) paya sahibdir.
Mənbə:> ANSPRESS