“Əsrin müqaviləsi”nin imzalanmasından 20 il ötür » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

“Əsrin müqaviləsi”nin imzalanmasından 20 il ötür

“Əsrin müqaviləsi”nin imzalanmasından 20 il ötür


Azərbaycanın neft-qaz potensialı bütün dünyaya təqdim edildi.

Bu gün Azərbaycanda üç neft-qaz: Azəri, Çıraq, Günəşli yataqlarının işlənməsinə dair “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illik yubileyi qeyd edilir. Bu sənəd iri enerji layihəsinin başlanğıcı oldu.

20 sentyabr 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan və 12 xarici neft şirkətindən ibarət konsorsium arasında “Əsrin müqaviləsi” imzalanıb. Bütün dünyanı riqqətə gətirən bu hadisə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından 1 il sonra baş verdi.

Bütün dünyanı riqqətə gətirən bu mqavilədə Amoco, Unocal, Pennzoil, Exxon, McDermott, Britaniyadan British Petroleum və Ramco, Norveçdən Statoil, Rusiyadan LUKoil, Türkiyədən TPAO, Delta Oil Səudiyyə Ərəbistanından, Yaponiyadan İtochu şirkətləri iştirak etdi. Azərbaycanı isə Dövlət Neft Şirkəti (SOCAR) təmsil edirdi.

“Əsrin müqaviləsi” imzalandıqdan sonra onun iştirakçıları iş strukturları yaatdılar – İdarə Komitəsi, Azərbaycan Beynəlxaql Əməliyyat Şirkəti (AMOK) və Konsultasiya Şurası.

“Əsrin müqavbiləsi” adı təsadüfi deyil – o ölkəmizin həyatında yeni bir dövrə işarə idi, Azərbaycanın XXI əsrə siyasi və iqtisadi atılışı oldu.

Bu müqavilə imzalanan gündən ölkəmizdə müasir neft-qaz və nəqliyyat layihələri realizə edilməyə başlandı bu layihələr, Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi sabitliyini təmin edir.

Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, enerji siyasətində Azərbaycan öz sözünü deyir, onun mövqeyi qətiyyətlidir:

“Yenə də 1990-cı illərin ortalarına qayıdıram. O zamanlar Heydər Əliyevin cəsarəti və qətiyyəti sayəsində ölkəmizin gələcəyi üçün qiyməti olmayan işlər görülüb. Təhlküə, hədə-qorxu, təzyiqlərə baxmayaraq Heydər Əliyevin cəasrəti sayəsində “Əsrin müqaviləsi” imzalandı və o gündən etibarən Azərbaycanın neft strategiyası, sonra isə enerji diplomatiyası tamamilə ölkəmizin və xalqımızın milli maraqlarına xidmət edir”.

Şimaldan və cənubdan azad bazardan min kilometrlərlə uzaqda yerləşən dünya neft-qaz nəhəngləri ilə qonşuluq edən Azərbaycan, bu bazarda qısa müddət ərzində öz yerini tutdu.

Müqavilənin bağlanması Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın inkişafına və regional iqtisadiyyatların qlobal iqtisadiyyata inteqrasiyasına da təkan oldu. “Əsrin müqaviləsi” yalnız resursların həcminə görə deyil, eləcə də investisiya yatırımlarına görə də ən iri enerji müqavilələrinin sırasına daxil oldu. 1994-cü ildən Azərbaycanın neft-qaz sektoruna xarici investisiyaların həcmi 50 milyard dollar oldu, PSA (Məmulatın bölünməsi üzrə Razılaşma) tipli razılaşmaların sayına gəldikdə isə 20 ölkədən olan 50 neft şirkəti ilə 30-dan çox müqavilə bağlandı.

“Əsrin müqaviləsinin imzalanması Azərbaycanda yeni neft strategiyasının başlanması demək idi. Bizim neft siyasətimiz Azərbaycanın enerji təhlükəsizliyini təmin etdi, onu dünya ictimaiyyətinə etibarlı ölkə və partnyor kimi təqdim etdi. Eyni zamanda bu gün bizim ölkə və imkanlarımız sözün geniş mənasında neft-qaz sahəsində qitənin enerji təhlükəsizliyi üçün əvəzedilməz funksiyalar yerinə yetirir”, - Azərbaycan prezidenti İlham Əliyev deyib.

İlk neft “Əsrin müqaviləsi” imzalandıqdan 3 il sonra çıxarılıb.

“Azəri-Çıraq-Günəşli”də neft çıxarılmasının artırılması yeni yataqların istismara verilməsi ilə əldə edildi. “Çıraq” yatağında neft hasilatı 1997-ci ildən, “Mərkəzi Azəri”də - 2005-ci ildən, “Qərbi Azəri”də 2006-cı ilin əvvəlindən, “Şərqi Azəri” – 2006-cı ilin sonundan başlayıb. “Günəşli” yatağının dərin sulu hissəsində hasilat 2008-ci ilin ortalarından başlayıb.

Bundan sonra Azərbaycanın neft-qaz potensialı bütün dünyaya təqdim edildi. Bakı-Novorossiysk və Bakı-Supsa kəməri ilə neft ötürmələri başladı, Bakı-Ceyhan neft kəməri tikildi. Beləliklə də Qara, Xəzər və Aralıq dənizi regionlarında əməkdaşlıq başladı. Sonra isə Azərbaycan tranzit ölkə rolunu oynamağa başladı.

Neft hər zaman ölkə iqtisadiyyatımızda həlledici rol oynayıb. Amma məlum olduğu kimi sovet dövründə Azərbayca neft-qaz sənayesinin əksər müəssisələri birbaşa Moskvaya tabe idi, bu isə Azərbaycanın “qara qızılı” və “mavi yanacağı”nın satışından heç bir gəlir almaması demək idi.

“Əsrin müqaviləsi” Azərbaycanın neft-qaz sənayesini dirçəltdi, ölkənin enerji təhlükəsizliyini təmin etdi, iqtisadiyyatın bütün qalan sahələrinin inkişafına təkan oldu, xalqın və respublikanın rifahının yüksəlməsinə gətirib çıxardı.

Amma “Əsrin müqaviləsi”nin əhəmiyyəti neft və qazın satışından əldə dedilən maddi gəlirlərlə məhdudlanmır. Bu müqavilənin sayəsində Azərbaycan özünü xarici investorlarlar üçün etibarlı ölkə kimi tanıtdı, bu isə ölkəmizin beynəlxalq arenada nüfuzunun yüksəlməsinə yol açdı.

Bu gün Azərbaycan neftin ixracı üçün yalnız neftdollarları almır, eləcə də bir sıra ölkələrdə, məsələn, Türkiyə, Gürcüstan, Rumıniya və s. özü investor rolunda çıxış edir.

“Əsrin müqavilsi” sayəsində Azərbaycan yalnız öz enerji təhlükəsizliyini təmin etməklə qalmayib, eləcə də Avropanın enerji təhlükəsiziliyinin təminatında iştirak etməyə hazırlaşır.

Azərbaycan prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, əgər keçmişdə bizim ölkənin təşəbbüsləri regional kontekstdən kənara çıxmırdısa indi, mövqe, addımları və təşəbbüsləri qitənin enerji xəritəsinə mühüm dəyişikliklər gətirir:

“Bu gün Xəzər hövzəsi enerji resurslarının transportasiyasında həlledici söz Azərbaycana məxsusdur. Bizim mövqeyimiz həmişəki kimi ədalətlidir və tamamən milli maraqlara cavb verir. Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər ölkəmizin gələcək dinamik inkişafını təmin edəcək, eyni zamanda da Azərbaycanı dost ölkələr üçün əvəzedilməz partnyora çevirəcək. Əminəm ki, əvvəlki illərdə olduğu kimi bütün təşəbbüslərimiz bu dəfə də həyata keçəcək və ölkəmizin uzunmüddətli inkişaf strategiyası uğurla realizə ediləcək”.

Qeyd edək ki, məhz “Əsrin müqaviləsi”nin imzalandığı gün Azərbaycanda neft sahəsində çalışanlar öz peşə bayramları – Neftçi gününü qeyd edirlər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *