Tərlan Kərimov Tbilisidə Qran-prinin mükafatçısı oldu
Tbilisidə keçirilən cüdo üzrə Qran-pri turnirinin ilk günündə azərbaycanlı idmançılar bir medal qazanıblar.
Oxu.Az xəbər verir ki, medal 66 kq-dək çəki kateqoriyasında çıxış edən Tərlan Kərimovun aktivindədir. O, Belçika və Rusiyadan olan rəqiblərinə qalib gəlsə də, daha sonra ukraynalıya məğlub olub və təskinlikverici görüşə şçıxıb. Burada o, ispaniyalı rəqibinə qalib gələrək, daha sonra 3-cü yer uğrunda həlledici görüşdə həmvətəni Nicat Şıxəlizadəyə qalib gəlib.
Tbilisidə yarışlar davam edir.
Mənbə:> Oxu.Az