Türkiyə Azərbaycan yığmasına matçı satmağı təklif edirmiş » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Futbol

Türkiyə Azərbaycan yığmasına matçı satmağı təklif edirmiş

Türkiyə Azərbaycan yığmasına matçı satmağı təklif edirmiş


AZAL-ın baş məşqçisi Tərlan Əhmədov türklərin Azərbaycan yığmasına dünya çempionatı-2002-nin seçmə turnirində matçda məğlub olunmağı təklif etmələrini xatırladıb.

Oxu.Az xəbər verir ki, söhbət İstanbuldakı oyundan gedir.

Bakıda Türkiyə yığması çox çətinliklə qalib gəlib (1:0). Əhmədovun sözlərinə görə cavab oyunundan öncə türklərdən oyunda məğlub olmaq barədə təklif gəlib.

“Türkiyə ilə matçdan öncə bizə təzyiq göstərilirdi. Konkret desək oyunda məğlub olmaq təklifi gəlmişdi. AFFA-nın o dövrkü prezidenti Fuad Musayev mənim sözlərimi təsdiq edə bilər. O, komandanın kapitanı kimi mənim fikrimlə maraqlanıb.

Mən qəti etiraz etdim, əgər oyun razılaşdırılmış olsa meydana çıxmayacağımı bəyan etdim. İnanmazsınız, amma Milli Məclisin bəzi deputatları Türkiyənin qələbəsinə vasitəçilik etmək üçün mənə təzyiq göstərməyə çalışdılar”- Azerifootball Tərlan Əhmədovun sözlərindən sitat gətirib.

Xatırladaq ki, İstanbulda keçirilən oyun 3:0 Türkiyə komandasının xeyrinə başa çatdı və Azərbaycan yığmasının qapıçısı Cahangir Həsənzadənin özünə əmin olmayan oyunu ilə yadda qaldı.

Bu görüşdən öncə Türkiyə tərəfi bizi “Beşiktaş”ın bazasında bir həftəlik təlim məşqləri ilə təmin etdilər. Təlim milli komandanın xeyrinə başa çatdı. Doğrudur, Türkiyə ilə matçda qələbə qazanılmadı. Dörd gün sonra isə Bakıda Slovakiya ilə oyunda Azərbaycan yığması 2:0 hesabı ilə qalib gələrək, faktiki olaraq türklərə DÇ-2002-yə yol açdı. Həmin çempionatda onlar bürünc medal qazandılar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *