Toğrul Əsgərovdan növbəti uğursuz çıxış » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Toğrul Əsgərovdan növbəti uğursuz çıxış

Toğrul Əsgərovdan növbəti uğursuz çıxış


Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Pri turniri başa çatıb.

Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edib.

Turnirin ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıb.

70 kiloqrama qədər kateqoriyada çıxış edən olimpiya çempionu Toğrul Əsgərov xalıya çıxıb. Amerikalı Sayler Sanderson və erməni əsilli ukraynalı Rüstəm Cəfəryana qalib gələn Toğrul dörddə bir finalda Rusiyadan olan İldus Qiniyatullinə uduzub və çıxışını başa vurub.

Şənbə günü çıxış etmiş digər beş azərbaycanlı güləşçi də medallar qazana bilməyib.

61 kq
1/32 final - Ruhlan Məmmədov - Vladimir Kudrin (KAZ)
1/16 final - Ruhlan Məmmədov - Co Makken (USA)
1/8 final - Daulet Niyazbekov (KAZ) - Ruhlan Məmmədov

70 kq
1/32 final - Mirza Abdulbekov (BLR) - Hacımurad Ömərov 0:10
1/16 final - Toğrul Əsgərov - Cyler Sanderson (USA)
1/16 final - Ceyson Uelş (USA) - Hacımurad Ömərov 10:6
1/8 final - Rustam Cafaryan (UKR) - Toğrul Əsgərov 6:7
1/4 final - Toğrul Əsgərov - İldus Giniyatullin (RUS)

86 kq
1/32 final - Məhəmmədhacı Xatiyev - Pyotr Yanulov (MDA)
1/16 final - Hacı Əlicanov - Selimmuhammet Muhadiyev (TKM)
1/8 final - Abdulraşid Sadullayev (RUS) - Hacı Əlicanov
Təsəlliverici görüş - Yevgeniy Aleşkeviç (BLR) - Hacı Əlicanov
Təsəlliverici görüş - Hacı Əlicanov - Pyotr Yanulov (MDA) 3:1
Bürünc medal görüşü - Hacı Əlicanov - Riçard Perri (USA) 1:4

125 kq
1/16 final - Əli Maqomedabirov - Dmitriy Popov (KAZ) 0:6

Xatırladaq ki, turnirin ilk günündə 97 kq çəki dərəcəsində finalda iki güləşçimiz qaşılaşıb. Xetaq Qazyumov və Şərif Şərifovun final görüşü birincinin qələbəsi ilə başa çatıb. İlk günün yekununda yığmamızın hesabında 1 qızıl və 1 gümüş medal var.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *