Boksçumuz rusiyalı rəqibinə məğlub oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Boks, Foto

Boksçumuz rusiyalı rəqibinə məğlub oldu – FOTO

Boksçumuz rusiyalı rəqibinə məğlub oldu


“Sərhədçi” İdman Olimpiya Mərkəzində AİBA Pro Boxing turnirində super ağır çəki dərəcəsində növbəti döyüşlər keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Məhəmmədrəsul Məcidov bu dəfə rusiyalı Maqimed Omarova qarşılaşıb.

Təssüf ki, Məcidov buna qədər iki dəfə məğlub etdiyi Omarovu üstələyə bilməyib. 6 raundluq mübarizədən sonra hakimlərdən biri Azərbaycan boksçusunu qalib sayıb. Digər iki hakim isə heç-heçə qeydə alıb. Bu zaman qaydalara əsasən hakimlər əlavə göstəricilərə diqqət yetiriblər və burada onlar Rusiya idmançısını üstün sayıblar – 1:2 (57:57!, 57:57!, 58:56).

Gecənin əsas döyüşündə isə Almaniya idmançısı Erik Pfayfer mərakeşli Məhəmməd Arjoui ilə üz-üzə gəlib. 8 raundluq mübarizədən sonra hakimlər qələbəni Pfayferə veriblər – 3:0 (78:74, 78:74, 78:74). Qarşılaşmadan sonra Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, AİBA İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov və yarışın supervayzeri Adam Kusior APB-nin kəmərini Pfayferə təqdim ediblər. Almaniyalı boksçu həm də Rio Olimpiadasına vəsiqə qazanıb.

Fransalı Toni Yoka Bakıya gəlmədiyi üçün qələbə rumıniyalı Mixay Nistora verilib. Almaniya boksçusu Əli Kıydın isə Misir təmsilçisi Əhməd Samirdən üstün olub.

Boksçumuz rusiyalı rəqibinə məğlub oldu
Boksçumuz rusiyalı rəqibinə məğlub oldu
Boksçumuz rusiyalı rəqibinə məğlub oldu
Boksçumuz rusiyalı rəqibinə məğlub oldu
Boksçumuz rusiyalı rəqibinə məğlub oldu

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *