Azərbaycan idmançısı fırıldaqçılıqda ittiham edilib
Avqustun sonunda Çində sona çatan gənclər Olimpiadasında tarixə ən irimiyaslı idman fırıldağı kimi düşə bilər.
AZNEWS.INFO Sportbox.ru-ya istinadən xəbər verir ki, bəzi məlumatlara görə 63 kq çəki kateqoriyasında öz yaşını 6 yaş kiçildən azərbaycanlı Teymur Məmmədov 16-17 yaşlı məktəbliləri məğlub edirdi.
Hər şey baş verənlərə laqeyd qalmayan bir adamdan başladı. Onun adı İsa Qambulatovdur, o – güləş üzrə beynəlxalq dərəcəli hakimdir, Belçikanın “Raeren 2006” klubunun vitse-prezidenttidir. Bir müddət öncə o, idman güləşi üzrə Beynəlxalq Federasiyanın məmuru ilə bəzi ölkələrdən olan idmançıların yaşlarını gizlətmələri ilə əlaqədar yazışmalar aparmağa başlayıb.
22 iyun tarixli məktubunda Qambulatov Avropa-2013 çempionu Teymur Məmmədovu göstərib. Onun iddialarına görə, bu 1991-ci ildə Rusiyada Saxa-Yakutiya respublikasında anadan olmuş, 3 saylı idman məktəbində İnnokenti Koçkinin yanında məşq edən Timur Məmmədovdur. 2008-ci ildə “Asiya uşaqları” beynəıxalq oyunların qalibi olub, həmin il bu yaş həddində Ruisyanın birinciliyi uğrunda mübarizədə bürünc medala layiq görülüb, 2011-ci ildə - tələbələr arasında Rusiya çempionu medalını qazanıb. Sonra isə Qambulatov yazır ki, o tarixi vətəni Azərbaycan köçüb və Teymur Məmmədov olub. Və bu adla da gənc idmançıları məğlub etməyə başlayıb.
Rusiyada müxtəlif ixtisaslaşmış güləşçi forumlarında Məmmədovun hərəkəti sirr deyil – bu barədə məlum fakt kimi danışırlar. “23 yaşlı kişi uşaqlara qalib gəlir. Tfu!”, “Biyabırçılıq, rüsvayçılıqdır” – bu ən yumşaq rəylərdir.
Amma FİLA və MOK-un “hər şeyi bilməsi” – arqument deyil. Məmmədovun sənədləri tam qaydasındadır - əks halda onu yarışlara buraxmazdılar. Sübut yoxdur və onları tapmaq elə də asan deyil. Bunun üçün çox çalışmaq lazımdır.
Mənbə:> Sportbox.ru