Moskvaya çatan erməni şivəni
İqtisadi xaos və Ermənistan əhalisinin kəskin narazı qaldığı bir şəraitdə bu ölkənin rəhbərliyi xalqı ətrafına yığmaq üçün ən qorxulu addımlar atır.
Uydurma soyqırım ilə yanaşı, hər şeydən öncə, bu, Dağlıq Qarabağ münaqişəsidir. Ən yüksək səviyyədə olan dövlət adamları, deputatlar, siyasətçilər, hakimiyyətdə olanları dəstəkləyənlər bir ağızdan qışqırırlar ki, bütün ermənilər vətənin müdafiəsinə qalxmalıdırlar. Yer sakinlərinin böyük hissəsi kimi mən də Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun necə ermənilərin vətəni olmasını anlaya bilmirəm.
Parlamentin hansısa deputatı Manvel Qriqoryan özündən çıxaraq respublika əhalisini sutkanın 24 saatı ayıqlığını iitirməməyə, demək olaraq yatmamağa çağırıb. Keçmiş general-leytenant bildirib ki, lazım olarsa, hamı bir nəfər kimi orduya gedəcək, hətta fərarilər, varlı adamların övladları da. "Mənim əlimdən hələ heç kim qaça bilməyib", - deyə Qriqoryan jurnalistlər qarşısında lovğalanıb.
Həmin vaxt parlamentin Qalust Saakyan sərhəd kəndlərinin birində çıxış edib. O, respublikanın bütün siyasi qüvvələrini bir ideyanın - Vətənin müdafiəsinin ətrafında birləşməyə çağırıb. Baş nazir, təbii ki, qiymətlərin qalxmasının nə vaxt dayanacağı barədə sualdan yayınıb, yəqin hesab edib ki, indi bunun vaxtı deyil. Atalar yaxşı deyib ki, "toxun acdan xəbəri yoxdur".
Hakimiyyətin körükləyərək Ermənistanı titrətdiyi isteriya çox sayda erməninin yaşadığı Moskvaya da çatıb, sən demə, tərk etdikləri vətənlərini qorumaq lazım imiş. Bu isteriyanın nəticəsi Rusiya paytaxtında baş vermiş quldurluq hadisəsi oldu. Hansısa Artur Mirzoyan İrəvandan əmri gözləməyərək, Moskvada döyüş əməliyyatına başlayıb. Ov tüfəngini götürərək, o, Rusiyadakı Türkiyə səfirliyinə atəş açıb, qaçmaq istəyərkən polislər tərəfindən tutulub.
Ermənistanın Moskvadakı səfirliyi dərhal vətəndaşının köməyinə qaçıb. Bildirilib ki, 43 yaşlı Artur Mirzoyan Türkiyənin bayraq və gerbinə deyil, "Türkiyə səfirliyi" sözləri yazılmış lövhəyə atəş açıb. Təbii, erməni diplomatlar düşünür ki, bu, həmvətənlərinin bandit əməlinin cəzasını bir qədər yumşaldar.
Baş verənlər yalnız onu göstərir ki, isteriya da bu gün dünyanı hədəfə almış Ebola qızdırması kimi yolxucudur. O, hər şeydən əvvəl türklərə və azarbaycanlılara nifrət yaradır.
Mənbə:> ANSPRESS