Medvedevin erməni fitrəsi
Sentyabrın birinci on günündə Rusiya baş naziri Dmitri Medvedev Ermənistana gəlir. İki ölkənin hökumət başçıları hansı məsələləri müzakirə edəcəklər?
Adətən baş nazirlər siyasi məsələləri müzakirə etmirlər, daha çox iqtisadi məsələrlə məşğul olurlar. Ermənistan - Rusiya münasibətlərində, bu, ən əsas məsələdir. ABŞ və Avropa ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalarla bağlı bu məsələnin çaları bir az da tündləşib. İrəvanda dərc olunan "Jamanak" qəzeti yazır ki, bu sanksiyalar hazırda Rusiyanın siyasi əlavəsinə çevrilmiş Ermənistanı da hədəfə götürəcək.
Bu isə onsuz da can üstə olan Ermənistan iqtisadiyyatını tam iflasa apara bilər. Buna görə də, bir çox ekspertlər proqnozlaşdırır ki, görüşdə ikitərəfli münasibətlərin bir sıra məsələləri müzakirə ediləcək, amma diqqət yetiriləcək əsas məsələ maliyyə ilə bağlı olacaq. Ermənistana bu gün Rusiya pulları çox lazımdır. Bu gün bu Cənubi Qafqaz ölkəsinin gələcəyi həmin pullardan asılıdır.
Mənbə:> ANSPRESS