Erməni hökuməti yenə ağlayır
Ermənistanda əriklərlə bağlı da vəziyyət ağırdır. Bu barədə bu Cənubi Qafqaz respublikasının kənd təsərrüfatı naziri Serqo Karapetyan bildirib.
O, şikayət edib ki, bu il Ermənistan 21 min ton az ərik ixrac etməyə məcburdur. Nazir meyvə və tərəvəz azlığını yazda havaların pis keçməsi ilə bağlayıb. Düzdür, kənd təsərrüfatında bütün uğursuzluqları şaxtanın və ya dolunun üzərinə yıxmaq olar, bəs onda iqtisadiyyatın iqlimdən asılı olmayan başqa sahələrində geriləmə nə ilə bağlıdır?
Yerli ekspertlər sanır ki, bu, hər şeydən öncə, Ermənistanın yeni hökumətinin iqtisadi kursunun tam iflasından xəbər verir.
Ölkə prezidenti Serj Sarkisyanın baş verənlərlə bağlı öz şərhi var.
O, iqtisadiyyatda baş verən geriləməyə görə məsuliyyəti rəsmi statistikaya görə, 35%-i yoxsulluq həddindən aşağıda yaşayan xalqın üzərinə atır. "Pis işləyirsiniz, ona görə də pis yaşayırsınız", - deyə erməni dövlətinin "müdrik" başçısı bildirib.
Amma Serj Sarkisyan bui şin özünü hardan tapmağın yollarını deməyib və ilin əvvəlindən iş axtaran 120 min adam öz vətənini tərk edib.
Mənbə:> ANSPRESS