Erməni qız "Odnoklassniki" məhkəməyə verir
"Odnoklassniki" sosial şəbəkəsi məhkəməyə verilib.
ANS PRESS-in məlumatına görə, erməni qız Asmik Akopyan Moskva məhkəməsində sosial şəbəkə haqqında 1 milyon rubl (21 800 manat) dəyərində iddia qaldırıb.
Akopyan bildirib ki, "Odnoklassniki"də paylaşdığı şəklin altında naməlum istifadəçi təhqiredici şərhlər yazıb. Saytın adminstratoru isə həmin şəxsi tapmaqdan imtina edib. Bundan sonra Akopyan şərh yazan şəxsin tapılması üçün polisə müraciət edib. Lakin polis onun müraciətini qəbul etməyib.
Ona görə də Asmik Akopyan sosial şəbəkəni məhkəməyə verib.
Mənbə:> ANSPRESS