İngilis boksçunun Bakı 2015 istəyi » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, İdman

İngilis boksçunun Bakı 2015 istəyi

İngilis boksçunun Bakı 2015 istəyi


Olimpiya çempionu, bir çox yarışların mükafatçısı britaniyalı xanım boksçu Nikola Adams idman karyerasını bitirdikdən sonra bizneslə məşğul olmaq niyyətindədir.

ANS PRESS-in məlumatına görə, 32 yaşlı idmançı 2012-ci il Olimpiya Oyunlarında qadınlar arasında keçirilən boks yarışının ilk qızıl medalını qazanıb. O, eyni zamanda, 2014-cü ildə Qlazqoda keçirilən Həmrəylik Oyunlarında boks üzrə qızıl medal qazanan ilk qadın idmançı olub. Bu barədə AzərTAc xəbər verir.

Nikola Adams bu adlarının sırasına "Bakı 2015" birinci Avropa Oyunlarında boks üzrə qızıl medal alan ilk qadın idmançı titulunu da əlavə etmək istəyir. "Qalib olmaq üçün burdayam. Birinci Avropa Oyunlarının qalibi mən olacağam. Çempion titulunu mən qazanacağam", -deyə o bildirib.

N. Adams əlavə edib ki, Olimpiya çempionu olmaq onun onun həyatını dəyişdirib. O, indi çox məşhurlaşıb, küçədə insanlar ona yaxınlaşaraq avtoqraf alır, onunla şəkil çəkdirirlər.

"Çempionluq mənə maddi cəhətdən də kömək etdi, amma olduğum kimi qalmışam. Heç vaxt dəyişməyəcəyəm", -deyən boksçu yalnız ikiqat Olimpiya çempionu olduqdan sonra idmandan getmək niyyətindədir.

Nikola Adams BBC-nin çəkdiyi "Vaterloo yolu" filmində və "İstenderlər və Tacqoyma" televiziya şousunda rol alıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *