Maryanyan: Avropa Oyunlarının qızıl medalı karyeramın ən böyük uğurudur » AzNews.info -Xəbər portalı

Bölmə: İdman, Güləş

Maryanyan: Avropa Oyunlarının qızıl medalı karyeramın ən böyük uğurudur

Maryanyan: Avropa Oyunlarının qızıl medalı karyeramın ən böyük uğurudur


Bu qazanılan medallara böyük əmək sərf olunub. Uğurda həm özümüzün, həm məşqçilərimizin payı böyükdür.

AzNews.info xəbər verir ki, bu barədə apasport.az saytına yunan-Roma güləşi üzrə Rusiya millisinin erməni əsilli üzvü Stepan Maryanyan deyib.

“Bakı-2015” I Avropa Oyunlarında 59 kq çəki dərəcəsində çempion titulunu qazanan idmançı yarış haqda fikirlərini açıqlayıb. O, bildirib ki, Avropa Oyunlarının çempionu titulu onun karyerasında ən böyük uğurdur:

“Hər şeyi bu qələbəyə sərf etmişik. Mənə azarkeşlik edən, dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu dəstəyə görə çox sağ olun. Bakıda qazandığım medal karyeramda ilk belə dəyərli mükafatımdır. Hələlik bu uğur mənim ən böyük nailiyyətimdir. Qızıl medalı atama həsr edirəm. Ona olimpiya çempionluğu söz vermişdim. Hələlik Avropa Oyunlarının qızılını qazandım. Ümid edirəm ki, Olimpiadada eyni medalı qazanacağam”.

Mənbə: Apasport.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *