Avropa Oyunlarının qızıl medalı Avropa çempionu adına bərabər tutulacaq
Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının idman güləşi üzrə qızıl medalı Avropa çempionu adına bərabər olacaq.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a Rusiya İdman Güləşi Federasiyasının vitse-prezidenti Georgi Bryusov bildirib.
“Beynəlxalq Güləş Federasiyası Oyunların təşkilat komitəsi ilə müqavilə imzalayıb, müqavilə keçən ilin martında imzalanıb. Bununla əlaqədar Avropa çempionatı Avropa Oyunları çərçivəsində keçiriləcək, Bakıda keçirilən oyunların qızıl medalı isə Avropa çempionu adına bərabər olacaq. Bundan başqa, turnir bu ilin sentyabrında ABŞ-da Las-Veqasda keçiriləcək Dünya çempionatı üçün seçmə tur olacaq”.
Yarışlar Bakıda iyunun 13-dən 18-nə qədər keçiriləcək.
Mənbə:> Oxu.Az