II Avropa Oyunları Hollandiyada keçiriləcək
Apasport.az saytının məlumatına görə, bu barədə qərar Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin Türkiyədə keçirilən iclasında verilib.
Belə ki, yığıncaqda öncə Kosovo AOK-un sıralarına qəbul olunub. Bununla da qurumdakı ölkələrin sayı 50-yə çatıb.
Ardınca 50 milli Olimpiya Komitəsinin nümayəndələrinin səsverməsi ilə 2019-cu ildə II Avropa Oyunlarının keçiriləcəyi ölkə müəyyənləşib. Əvvəlcədən gözlənildiyi kimi, səsvermənin favoriti olan Hollandiya bu hüquqa yiyələnib.
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-28-də Bakıda keçiriləcək.
Mənbə:> Apasport.az