Rusiya Bakıda keçiriləcək Avropa Oyunlarında öz bayraqdarını seçdi » AzNews.info -Xəbər portalı

Bölmə: İdman

Rusiya Bakıda keçiriləcək Avropa Oyunlarında öz bayraqdarını seçdi

Rusiya Bakıda keçiriləcək Avropa Oyunlarında öz bayraqdarını seçdi


Dünən “Ozero Kruqloe” federal bazasında Rusiya yığmasının 12-28 iyun tarixində Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına təntənəli yolasalma mərasimi keçirilib.

Oxu.Az “Ves sport”a istinadən xəbər verir ki, Oyunlarda Rusiya yığmasının bayraqdarı sərbəst güləş üzrə olimpiya çempionu, beşqat dünya çempionu Hacımurat Qatsalov olacaq.

Bu barədə İHM (İdman hazırlığı mərkəzi) mətbuat xidmətinin rəhbəri Andrey Mitkova Rusiya Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Aleksandr Jukov və Rusiyanın Güləş Federasiyasının prezidenti, olimpiya çempionu Mixail Mamiaşvili bildiriblər.

Qeyd edək ki, Hacımurat Qatsalov 1982-ci ilin dekabr ayının 11-də Şimali Osetiyada dünyaya gəlib. Əməkdar idman ustasıdır. 96 kq çəki kateqoriyasında 2004-cü ilin Olimpiya çempionudur. Beşqat dünya çempionu, üçqat Avropa çempionu, üçqat Dünya Kuboku sahibi, səkkizqat Rusiya çempionu, Rusiya çempionatlarının rekordunun həmmüəllifidir (üç fərqli çəki kateqoriyasında – 84 kq-ya qədər, 96 və 125 kq.)

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *