Avropa Oyunlarında Rusiyanı 367 idmançı təmsil edəcək – SİYAHI
Rusiya Olimpiya Komitəsinin (ROK) icra komitəsinin iclası baş tutub, burada Avropa Oyunlarında iştirak edəcək Rusiya yığmasının tərkibi təsdiqlənib.
Oxu.Az “Ves sport”a istinadən xəbər verir ki, siyahıda 367 idmançı var. Onların 317-si olimpiya idman növlərini, 40-ı qeyri-olimpiya idman növlərini, 7-si göstəri idman növlərini (sualtı idman), 3-ü paralimpiya idman (cüdo, görmə qüsurluların idmanı) növlərini təmsil edir.
Rusiya yığmasının tərkibində yeddi olimpiya çempionu var: Hacımurat Qatsalov və Natalya Vorobyova (sərbəst güləş), Aliya Mustafina (idman gimnastikası), Aleksandr Dyaçenko və Yuri Postriqay (baydarka və kanoedə avarçəkmə), Aleksey Alipov (stend atıcılığı, Anna Sivkova (qılıncoynatma).
Mənbə:> Oxu.Az