Avropa Oyunlarında bayrağımızı daşıyacaq idmançı müəyyənləşdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

Avropa Oyunlarında bayrağımızı daşıyacaq idmançı müəyyənləşdi

Avropa Oyunlarında bayrağımızı daşıyacaq idmançı müəyyənləşdi


İyunun 12-də keçiriləcək ilk Avropa Oyunlarının açılış mərasimində komandaların paradı zamanı Azərbaycan bayrağını kimin daşıyacağı müəyyənləşib.

AzNews.info Buro 24/7-yə istinadən xəbər verir ki, bu qərar rəsmi olaraq gün ərzində ictimaiyyətə açıqlanacaq.

Saytın əldə etdiyi məlumata görə, açılış mərasimində Azərbaycan bayrağını cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Elmar Qasımov daşıyacaq.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatının gümüş mükafatçısı Elmar Qasımov 2009-cu ildə Ermənistanda keçirilən gənclər arasında Avropa çempionatının qalibidir. İdmançı Mərakəşdə keçirilən "Usta idmançılar arasında" yarışı, Samsunda keçirilən Qrand-pri yarışları və Tibilisidə keçirilən Qrand-pri yarışları da daxil olmaqla 2015-ci ildə üç qızıl medal qazanıb. İyirmi dörd yaşlı idmançı 2015-ci ilin may ayında Bakıda keçirilən Qrand Şlem yarışında gümüş medala sahib olub. 2014-cü ildə Rusiyanın Tümen Şəhərində təşkil olunmuş Qrand Şlem yarışında Qasımov qızıl medal qazanıb.

Mənbə: Buro247.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *