6 idmançı ilə getdik, 7 qızıl medal gətirdik
Azərbaycan idmançıları ağır atletika üzrə Tbilisidə keçirilən Avropa çempionatında uğurlu nailiyyətə imza atıblar.
ANS PRESS-in məlumatına görə, atletlərimiz bu çempionatda müxtəlif hərəkətlər üzrə 7 qızıl və 2 bürünc medal qazanıblar.
Atletlərimizdən Boyanka Kriştova birdən qaldırma, təkanla qaldırma və qaldırdığı ümumi çəkiyə görə 3 qızıl, Valentin Xristov birdən qaldırma, təkanla qaldırma və qaldırdığı çəkinin ümumi göstəricilərinə görə 3 qızıl, Əfqan Bayramov isə təkanla qaldırmaya görə 1 qızıl medal qazanıb.
Yarışda 38 ölkədən 268 ağır atlet (112 qadın və 156 kişi) iştirak edir. Çempionat aprelin 18-də yekunlaşacaq.
Mənbə:> ANSPRESS